Accessibility links

ABŞ-in yeni hesabatı: Əl-Qaidə yeni hücumlar edə bilər - 2003-06-11


Birləşmiş Ştatlar hökumətinin yeni hesabatında qeyd edilib ki, Əl-Qaidə terror şəbəkəsinin Birləşmiş Ştatlara qarşı kimyəvi, bioloji və nüvə silahları ilə hücum edəcəyi ehtimalı var. Hesabat Birləşmiş Millətlər Təşkilatına təqdim edilmək üçün hazırlanıb. Sənəddə qeyd edilib ki, Federal Təhqiqat Bürosu Birləşmiş Ştatlarda çox sayda islamçı ekstermistin olduğunu və onların terrorçu şəbəkə ilə əlaqəsini aşakara çıxarıb. Birləşmiş Ştatların rəsmi şəxsləri isə deyirlər ki, Əfqanıstandan əldə etdikləri sənədlərə əsasən, Əl-Qaidə şəbəkəsi nüvə və ya radioloji bombalar əldə etməyə səy göstərmişdir. Bu silahlar üzrə mütəxəssis Andy Oppenhaymer deyir ki, Əl-Qaidənın fəaliyyətilə tanış olduqdan sonra, onun belə növ silahları ələ keçirmək istədiyənə inanmaq olar. Əfqanıstanda Taliban rejimi məğlubiyyətə uğradıqdan sonra, Əl-Qaidə terror şəbəkəsinə böyük zərbə dəymişdi. Lakin buna baxmayaraq şəbəkə indi də terrorçu hücumlarını davam etdirir. Buna keçən ay Səudiyyə Ərəbistanında həyata keçirilən intiharçı hücumları misal göstərmək olar. Əməliyyatda 9-zu amerikalı olmaqla 30-dan çox adam həlak olmuşdu. Terrorçuluq sahəsindəki mütəxəssislər deyirlər ki, Əl-Qaidə bir əməliyyatı həyata keçirməzdən əvvəl bir neçə il ona hazırlıq işləri aparır. Birləşmiş Ştatlar hökumətinin yeni hesabatında qeyd edilir ki, Əl-Qaidə terror şəbəkəsi ticarət mərkəzləri, idman meydanları və istirahət mərkəzlərinə hücumlar təşkil edə bilər.

XS
SM
MD
LG