İranın dini rəhbəri Ayətullah Xameneyinin bütün xəbardalığına və hədələrinə baxmayaraq Tehrandakı mitingler davam edir və 4-üncü gəcədə etiraz dalğalarını yatırmaq üçün polis və Ansar-i Hizbullahın əhaliyə qarşı hücumları daha da ağırlaşıb. Tehrandan vərilən məlümata göre, saat 11-12 radələrində güllə səsleri eşidilib. Basiji, Ansar-i Hizbullah, dəmir, dəyənək və biçaq ilə etirazçılara hücum edibler. Çoxlu sayda yaralaranlar var. Mitingçilər polis və hökumət adamlarını daşa basıb və Xamenei və Xatəmi aleyhində şüarlar bağırıblar. Nümayişlərdə Ayatollah Əli Xameneinin hakimiyətdən salınması çağırışrlarının edildiyi xəbər verilir. Tehran universiteti qarşısında toplaşan yüzlərlə adam Ayatollah Xameneinin asılımasını tələb edib.
Tehranda hökumətə qarşı çıxan nümayişçilərlə polis və hökumət tərəfdarı yaraqlılar arasında gecə ərzində baş verən toqquşmalardan sonra, bu gün paytaxtda vəziyyətin sakit olduğu bildirilir. Rəsmi şəxslərə əsasən, zorakılıq aktları Tehranın məhdud bir hissəsində baş verib. Lakin ötən gecə son dörd gündür ərzindəki nümayişlərin ən gərgini keçirilib. Qərb jurnalistlərinə əsasən, silahlı yaraqlılar yoxlama məntəqələri quraraq , gəncləri saxlayıb döyürlər. İran mətbuatı, qərb agetliklərinin bu hadisələri şişirtdiklərini yazır.