İsrail və Fələstin müxtar idarəsinin təhlükəsizlik üzrə rəsmi şəxsləri bu gün görüşəcəklər. Onların bu görüşləri bölgədə 10 gün davam edən iğtişaşlarda, 60-dan çox adamın həlak olmasından sonraya təsadüf edir. Bu arada Birləşmiş Ştatlarin Yaxın Şərq üzrə xüsusi elçisi John Wolfın başçılığı altında bölgəyə bir nümayəndə heyəti göndərib. Heyət ”Yol xəritəsi” adı ilə tanına beynəlxalq sülh planını həyata keçirməyə çalışacaq. Onun əsas məqsədi tərəflər arasında etimad yaratmaq və gərginliyi zəifləşdirməkdir. Birləşmiş Ştatlar İsraili təmkinliliyə və Fələstinliləri də İsrailə qarşı həyata keçirdikləri hücumları dayandırmağa çağırıb.