Accessibility links

Rusiya və Hindistan danışıqları ikitərəfli əlaqələrin möhkəmlənidirilməsi üzərində quruldu - 2003-06-16


Rusiyanın xarici işlər naziri İqor İvanov Hindisatn rəsmilərilə ikitərəfli əməkdaşlıq və terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edib.

Xarici işlər naziri İvanovla danışqılar başa çatdıqdan sonra Hindistanın xarici işlər naziri Casvant Sinha iki ölkə arasında münasibətlərin çox yaxın olduğunu bildirdi. “Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, əsas məsələlərdə bizim aramızda tam anlaşma mövcuddur.” Rusiyanın xarici işlər naziri İvanov Hindistan və Pakistan arasında son sülh sə’ylərini alqışlamış və cənubi Aisyanın iki düşmən dövləti arasında münasibətləri nizama salmaq üçün Moskvanın dəstəyini təklif etmişdir. İqor İvanov Hindistana İslamabadda Pakistanın liderlərilə danışıqlardan sonra səfər etmişdir. Xarici işlər naziri Pakistanın ölkədə fəaliyət göstərən terror qruplarının fəaliyyətinin qarşısını almaq istiqamətində atdığı addımları yüksək qiymətləndirmişdir. İslamabad öz növbəsində, Çeçenstanda Rusiyaya qarşı müharibə aparan müsəlman yaraqlılarına yardım etməyəcəyi və’dini vermişdir. Dehlidə səfəri zamanı isə İqor İvanov Pakistanın islamçı yaraqlıların Hindistan Kəşmirinə soxulmasının qarşısını almalı olduğunu demişdir. Onun bildirdiyinə görə, Moksva Mokskva İslamabad haqda verilən bəyanatlara əsasən deyil, əməldə işlərinə görə fikir yürüdəcək. “Biz terrorizmin bütün formalarını, kim tərəfindən edilirsə-edilsin qınamışıq və qınamağa davam edirik.” Rusiyanın xarici işlər naziri dünya dövlətlərinin yaraqlı qruplara yardıma son qoymalı olduğunu da dilə gətirmidir. Tərəflər aralarında iqtisadi münasibətlərin yüksək inkişafını tə’min etmək məsələlərini də müzakirə etmişlər. İkitərəfli ticarət Sovet İttifaqının dağılmasından əvvəl 4 milyardla müqayisədə indi ildə 1.4 milyard dollar təşkil edir. Hindistanın xarici işlər naziri Sinha vəziyyəti düzəltməyin vacib olduğunu bəyan etdi. “Biz iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasını nəzərdə tutaun bir sıra təşəbbüslər haqda razlıq əldə etdik. Burada həmçinin isnvestisiya qoyuluşlarını qarşılıqlı şəkildə artırmağa ehtiyac duyulur.” Görüşdən sonra müxbirlərin sullarına cavab verən Rusiyanın xarici işlər naziri İvanov bildirdi ki, İraqa sülhümühafizə qüvvələrinin tərkibində əsgəri qüvvə göndərmək məsələsini Hindistan özü həll etməlidir. Hazırda Dehlidə olan Birləşmiş Ştatların yüksək səviyyəli rəsmi nümayəndəsi Hindistanı hərbi qüvvə göndərməyə əmin etməyə çalışır. .

XS
SM
MD
LG