Accessibility links

Təhlükəsizlik qüvvələri Məkkədə daha bir reyd keçirdi - 2003-06-16


Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri müqəddəs Məkkə şəhərində reydlərin ikinci günü islamçı yaraqlı olduğundan şübhəli daha çox şəxsin həbs edildiyini bildirirlər. Yerli qəzetlərin yazdığına görə, dünən Məkkə ətraflarında edilmiş reyd zamanı azı dörd nəfər həbs edilib. Bundan əvvəlki reyd zamanı beş nəfər qətlə yetirilmiş, bir neçə nəfər həbsə alınmışdı. Rəsmi nümayəndələr avtomat silah, bombalar, bomba hazırlamaq üçün kimyəvi maddələr və maskların müsadirə edildiyini xəbər verirlər. Səudiyyə Ərəbistanının xarici işlər naziri həsb olunanların keçən ay Ər-Riyadda 35 adamın ölümülə nəticələnmiş intihar bomba hücumu ilə əlaqədar olub-olmadırları haqda mə’lumat verməyib.

XS
SM
MD
LG