Accessibility links

İordaniyada parlament seçkilərinin nəticələri bəlli oldu - 2003-06-18


İordaniya kralı Abdullanın müttəfiqləri olan müstəqil namizədlər dünənki parlament seçkilərində yerlərin əksəriyyətini əldə ediblər.Parlamentin 110 yerli aşağı palatasının yarıdan çoxunu İordaniyanın Haşemit monarxiyası ilə sıx əlaqədə olan əsas qəbilə və ailələrin namizədləri əldə etmişlər.Bu qələbə onlara müxalif İslam Hərəkatı Cəbhəsinin qüdrətli bir blok olmasına baxmayaraq, parlamentin nəzarətini vermiş olur. “Müsəlman qardaşlığı” partiyanın siyasi cinahı olan İslam Hərəkatı Cəbhəsi ölkədə ən yaşı təşkilatlandırılmış müxalif partiya kimi tanınır. Keçmiş seçkilər həmin bu partiya tərəfindən boykot edilmişdi. İndi yeddi ildən sonra partiya yenidən parlamentə qayıdır. 30 namizəd irəli sürüb, onların yalnız yarısının qələbəsini əldə edən partiya liderləri bilrirlər ki, ölkənin bə’zi bölgələrində seçkilər zamanı saxtakarlıqlara yol verilməsəydi, daha artıq yer qazana bilərdi. Hökumət cüi’z pozuntular faktını qəbul etsə də, sistematik saxtakarlıqlar iddiasını rədd edir. İordaniya tarixində ilk dəfə olaraq yeni kvota sisteminə əsasən 6 qadın parlamentdə yer alır.

XS
SM
MD
LG