Rusiya prezidenti Vladimir Putin bildirib ki, İran lideri onu şəxsən əmin edib ki, Tehranın nüvə silahlarını inkişaf etdirmək planları yoxdur və İran Beynəlxalq Atom Enerjisi agentliyinin təftişinə olan etirazını geri götürəcək. Cənab Putinin sözlərinə görə, İran prezidenti Məhəmməd Xatəmi Çərşənbə günü ona telefon söhbətində bildirirb ki, Tehran beynəlxalq nüvə agentliyinə iranın nüvə enerjisi proqramının monitorinqinə icazə verməyə hazrdır. Cənab Putin BMT-nin nüvə agentliyinin bu yaxınlarda İrana təftişlə bağlı göndərdiyi xahişinə işarə edirdi. İran bu günə qədər BAEA təftiş xahişinə rədd cavabi verirdi.