Accessibility links

Səddam Hüseyn haradadır? - 2003-06-21


”Nyu York Taymz” qəzetinin yazdığına görə Amerikanın kəşfiyyat nümayəndələri Səddam Hüseynin sağ və Bağdadda olduğuna inanırlar. Ağ Ev isə onun yeri haqda heç bir mə’lumata malik olmadığını bildirir. Amerikanın İraqdakı qüvvələri Səddam, onun iki oğlu və yaxın məsləkdaşlarının axtarışını intensivləşdirmişlər. Bir zamanlar şəkilləri bütün idarələri, ictimai binaları bəzəyən Səddam bü gün yoxa çıxmışdır. Onun yollar və divardakı nəhəng portretlərinin yeri boyanıb, bütün heykəlləri dağıdılsa da, Səddamın harada olduğu barədə sual iraqlıları rahat qoymur. Səddam və onun iki oğlunun müharibə vaxtı həlak olduqları haqda mə’lumatlar yayılmışdı. Lakin bunu sübuta yetirən heç bir dəlil əldə edilməmişdir. Daha sonra Səddamın Suriyaya qaçdığı haqda şaiyələr yayılmışdı. “Nyu York Taymz” qəzetinin kəşfiyyat nümayəndələrinə istinadən yazdığına görə Səddamın tərəfdarları arasında aparılan danışıqlardan onun sağ olduğu və İraqda gizləndiyi mə’lum olmuşdur. Birləşmiş Ştatların Bağdaddakı hərbi nümayəndələri Amerika əsgərlərinə qarşı son hücumlara görə Səddamın tərfədarları ilə əməkdaşlıq edən iraqlıları günahlandırırlar. Hərbi qüvvələr silahlı elementlərin kökünün kəsilməsi üçün əməliyyatlarını gücləndirmişlər. Hərbiçilərin fikrincə bu həftə Səddamın şəxsi katibi və mühafizəçisi Abid Hamid Mahmudun həbsi Səddamın izinə düşülməsinə yol açacaq.

XS
SM
MD
LG