Accessibility links

Seulda yürüş keçirilib - 2003-06-21


Cənubi Koreyanın paytaxtı Seulda təxminən 40 min adamın iştirakı ilə yürüş təşkil edilmişdir. Tədbirin iştirakçıları kommunist Şimali Koreyanı nüvə programına son qoymağa çağırıblar. Yürüşdə Cənubi Koreyanın hərbi veteranları və xristian qrupların üzvləri iştirak etmiş, Cənubi Koreya və Birləşmiş Ştatların bayraqlarını dalğalandırmışlar. Nümayişçilərin bə’ziləri Şimali Koreyanın bayrağını və Şimali Koreyanın lideri Kim Jong İlin müqəvvasını yandırmışlar. Nümayişçilər hökumətlərini Birləşmiş Ştatlarla möhkəm münasibətlər saxlamağa çağırmışlar. Bu tədbir Birləşmiş Ştatların BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə programı ilə əlaqədar narahatlığını bildirən bəyanatı təsdiq etməyə çağırmasından bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG