Hakim ”Yeni Azərbaycan” partiyası Azərbaycanda prezident seçkilərində Heydər Əliyevin namizədliyini irəli sürüb. Namizədliyin irəli sürülməsi haqda sənədlərin həftənin sonuna qədər Mərkəzi Seçki komissiyasına təqdim ediləcəyi bildirilir. 80 yaşlı prezident Əliyev artıq iki müddət ölkə prezidenti vəzifəsini icra edir. Azərbaycan Konstitusiyasına əsasən, ölkə prezidenti vəzifəsinə iki dəfə beş il müddətinə seçilmək olar. Bununla belə, Heydər Əliyevin tərəfdarları yeni konsitutisiyanın qüvvədə olduğu vaxtdan onun prezidentlik vəzifəsini bir müddət icra etdiyini və buna görə yenidən seçilə bilməsini iddia edirlər.