Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya - Gürcüstan münasibətlərində yeganə problem terrorizmdir. Britaniyaya dövlət səfəri zamanı Edinburqda çıxış edən cənab Putin deyib ki, Əl Qaidə ilə əlaqəsi olan qruplar hələ də Gürcüstan ərazisindədir. Cənab Putin bildirib ki, Moskva məsələni həll etmək üçün Tbilisini pul, silah və hərbi birləşmələrlə təmin etməyə hazırdır.