Accessibility links

ABŞ səfiri Ros Vilson Azərbaycan haqda nə deyib - 2003-06-25


İyunun 24-də Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət mərkəzində Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri t cənab Ros Vilsonla görüş keçiririldi. Amerika- Azərbaycan münasibətlərinin perspektivləri mövzüsunda çıxış edən diplomat Azərbaycanda işlədiyi son üç ildə əldə olunan nailiyyətlərdən və eyni zamanda itirlimiş imkanlardan söz açdı. Səfir Vilsonun sözlərinə görə Azərbaycanda ən böyük uğurlar enerji sektorunda əldə olunub. O Birləşmiş Ştatlar hökümətinin Azərbaycana bu sahədə köməyini də qeyd etdi və Bakı Tbilisi Ceyhan əsas neft ixracı kəmərinin Azərbaycanın və regionun inkişafında ən mühüm layihə adlandırdı. Azərbaycan höküməti tərəfindən Şöhrət ordenilə təltif olunan səfir Vilson bu hadisəni prezident Heydər Əliyevin Amerika Azərbaycan münasibətlərinə verdiyi yüksək önəm kimi qiymətləndirdi. Səfri Amerika və Azərbaycan arasında terrorizmə qarşı birgə mübarizədə göniş əməkdaşlığın yarandığını bildirdi. Təəsüf doğuran məsələlər arasında amerikalı diplomat Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində ciddi irəliləyişin olmamasını qeyd etdi. Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin Azərbaycanın gələcək inkişafına mühum rol oynayacağını deyənn səfir, bu seçkilərin azad və ədalətli şəkildə keçəcəyinə ümid etdiyini bildirdi. Səfir Vilsonun sözlərinə görə, Vaşinqtonda geri dönməzdən qabaq prezident Heydər Əliyev onu əmin edib ki, seçkilər demokratik şəraitdə keçiriləcək. Seçki məcəlləsini irəliyə atılmış addım kimi qiymətləndirən səfir qeyd etdi ki, əsas məsələ bu qanunun necə icra edilməsindən asılı olacaq. O müxalifət üzvlərinin Mərkəzi seçki komisiyasına daxil olmasını, seçkilərdə şəffaf qutulardan istifadə ediləcəyini seçki prosesində şəffaflığın təmin edilməsinə yardım edəcəyini də qeyd etdi. Cənab Vilson bu seçkilərin Amerikada diqqətlə izləniləcəyini və bu məqsədlə Azərbaycana çox sayda seçki müşahidəçilərinin göndəriləcəyini də bildirdi. Səfirnin sözlərinə görə yaxın həftələrdə diqqətlə müşahdiə ediləcək məsələlər arasında Müxalifət nümayəndələrinin namizədlər üçün sərbəst şəkildə imza toplamaları, sərbəst seçki kampaniyası keçirmələri, namizədlərin mətbuatdan bərabər istifadə etmək imkanına malik olmaları olacaq. Səfir Vislon Azərbaycanda hələ də siyasi məhbusların olduğunu təsdiq etdi. Dövlət departamentinin qənaətinə görə Azərbaycanda hələ də həbsxanalarda 200-250 nəfər siyasi məhbus saxlanılır. Amerikalı diplomat bu mövzuda Azərbaycan rəsmiləril ilə dialoqun davam etdiyini də qeyd etdi. Digər məsələlərə toxunan CƏNAB VİLSON Vaşinqtonun Azərbaycanda hərbi qüvvələrini yerləşdirmək planları olmadığını bildirdi. O qeyd etdi ki, Amerikanin İranla bağlı siyasəti prezident Corc Buşun çıxışlarında öz əksini tapıb. Vaşinqton İranla diplomatik dildə danışmaqda davam etməəyə üstünlük verir. Azərbaycandan xoş təsuratlara ayrılan səfir diplomatik fəalliyətini Vaşinqtonda Birləşmiş Ştatların Ticarət Nümayəndəliyində davam etdirəcək.

XS
SM
MD
LG