Accessibility links

Amerika əsgərləri Bağdad yaxınlığında hücuma mə’ruz qalıblar - 2003-06-26


Bağdad yaxınlığında qumbara ilə həyata keçirilmiş hücum nəticəsində azı bir Amerikalı əsgəri qətlə yetirilmiş, digəri yaralanmışdır. ƏSgərlər hücumun bu gün səhər Bağdadın beynəlxalq hava yolları limanına aparan yolda baş verdiyini bildirirlər. Digər partlayış nəticəsində İraqlı elektrikləri daşıyan Birləşmiş Ştatlara məxsus maşın məhv edilmişdir. Hadisə nəticəsində bir nəfər ölmüş, bir nəfər yaralanmışdır. Bu hücumlar Birləşmiş Ştatların hərbi şəxslərinin çərşənbə günündən bəri itkin düşən əsgərlərin axtarışını davam etdirdikləri vaxta təsadüf edir.

XS
SM
MD
LG