Accessibility links

Ermənistanın parlament seçkiləri beynəlxalq standartlara uyğun keçməyib - 2003-06-27


Avropa Birliyi Ermənistanın may ayı parlament seçkilərinin beynəlxalq standrtlara uyğun olmadığını bildirib. Birliyin bəyanatında deyilir ki, səslərin sayılmasında saxtalaşmaya yol verilmiş, seçki komissiyaları qeyri-bərabər təmsil edilmiş, müşahidəçilər qorxudulmuş və seçkilərin nəticələri elan edilərkən şəffaflığa əsaslanılmamışdır. Bununla yanaşı, Ermənistanın prezidenti Robert Koçaryan iki günlük rəsmi səfərlə Gürcüstandadır. O, Gürcüstan prezidenti Eduard Şevardnadze və digər rəsmi şəxslərlə görüşlər keçirir. Müzakirələrin diqqət mərkəzində iqtisadi əməkdaşlıq və regional təhlükəszilik məsələləri yer alır.

XS
SM
MD
LG