Accessibility links

ABŞ hərbi qüvvələrinin “Səhrada zərbə” əməliyyatı davam edir - 2003-06-30


Birləşmiş Ştatların hərbi qüvvələri Bağdaddan şimalda genişmiqyaslı əməliyyatı davam etdirir. Əməliyyat Səddam Hüseyn qalmaqda olan tərəfdarlarının kökkünü kəsmək və Amerika hərbi qüvvələrinə qarşı hər gün həyata keçirilən hücumları sona çatdırmaq məqsədilə keçirilir . “Səhrada zərbə” əməliyyatı zamanı hərbi vertolyotlar, tanklar və quru qüvvələr bir vaxtlar hakimiyyətdə olmuş partiyaya sadiq adamlar və Amerika hərbi qüvvələrinə qarşı son hücumlara görə məs’uliyyət daşıyanların axtarışını keçirirlər. Amerikanın rəsmi nümayəndələri reydlər zamanı çox sayda adamın həsb olunduğunu bildirirlər. Hərbi qüvvələrdən alınan mə’lumatlara görə, “Səhrada zərbə” əvvəlki əməliyyatlardan konkret hədəflərin seçilməsilə fərqlənir. Əsgərlər əvvəllər olduğu kimi, qapı-qapı kimisə axtarmır, indi xüsusi yerlərə gedir və müəyyən şəxsləri ələ keçirməyə çalışırlar. Bələddə yerləşmiş əsgərlərin dediyinə görə, əməliyyat əsasən gecələr, ya da səhər tezdən keçirilir. Birləşmiş Ştatların Mərkəzi komandanlığının mə’lumatına görə, yarı hərbi dəstələr əsasən, Dəclə çayının sahillərində, Bağdad və Samərra şəhərləri arasında təxminən 100 kilometrlik bir ərazidə fəaliyyət göstərir. Bələd şəhəri bu zonanın mərkəzində yerləşir. Bununla belə, yerli əhali şəhərdə vəziyyətin sakit olduğunu deyir. Lakin Birləşmiş Ştatların hərbi qüvvələri isə Bələd şəhərinin ətraflarında vəziyyətin gərgin olduğunu hesab edir və buna görə də buraya əlavə hərbi qüvvə göndərilir. Əsgərlər buraya İraqın müxtəlif yerlərindən göndərildiklərini deyirlər.

XS
SM
MD
LG