Accessibility links

Pauel: ABŞ rəsmiləri Liberiyada vəziyyəti müzakirə edəcəklər - 2003-07-01


Birləşmiş Ştatların başçılığı ilə Liberiyaya beynəlxalq sülhməramlı qüvvələr göndərilməsilə bağlı təzyiqlər artdığı zaman dövlət katibi Kolin Pauel rəsmilərin ölkədəki vəziyyəti bu gün müzakirə edəcəklərini bildirib. Televiziya ilə müsahibədə cənab Pauell Vaşinqtonun vəziyyətin müzakirəsinin “təxirəsalınmaz” hesab etdiyini” və “müxtəlif variantları” nəzərdən keçirdiyini bəyan edib. Dövlət katibinin qeydləri yaraqlı qrupların Liberiya paytaxtı Monroviyada keçən həftə yüzlərlə insanın ölümülə nəticələnən qanlı hücum həyata keçirməsindən sonraya təsadüf edir. Zorakılıqlar BMT-nin baş katibi Kofi Annanı Birləşmiş Ştatları Liberiyaya sülhməramlı qüvvələr göndərilməsini nəzərdən keçirməyə çağırmağa vadar etmişdir. “Vaşinqton Post” və “Nyu York Tayms” qəzetlərinin baş məqalələrində BMT-nin baş katibinin çağırışına dəstək verilmişdir.

XS
SM
MD
LG