Accessibility links

Əlbaradei İrana səfərə hazırlaşır - 2003-07-01


BMT-nin atom enerjisi agentliyinin başçısı Məhəmməd Əlbaradei nüvə silahının inkişafının qarşısını almaq məsələsinin müzakirəsilə bağlı gələn həftə İrana səfər edəcəyini bildirib. Səfər İran tərəfin də’vətilə həyata keçirilir. Beynəlxalq atom enerjisi agentliyi Tehranın nüvə silahı proqramına malik olması ilə bağlı şübhələri aradan qaldırmaq üçün İranın bütün obyetklərə gedilməsinə icazə verəcəyini gözlədiyini bildirib. Məhəmməd Əlbaradei İranın dərhal zənginləşdirilmiş urana mövcud olduğu bütün obyektlərdə monitorinq keçirilməsinə icazə istəyir. İran tərəfsə, bu yoxlamanın bütün cəhətləri öyrənilməyənə qədər ciddi təftişə imkan vermək istəmir.

XS
SM
MD
LG