Accessibility links

Gəzza bölgəsindəki Betlehem şəhərində təhlükəsizlik fələstinlilərə tapşırıldı - 2003-07-02


İsrail ordusu İordan çayının qərb sahilindəki Betlehem şəhərindən çixmış və orada təhlükəsizliyi tə’min etməyin mə’suliyyətini Fələstinin üzərinə qoymuşdur. Bu səlahiyyətin təhvili İsrail qüvvələrinin yerdəyişməsini tələb etmir, çünki onların Betlehem şəhərindəki mövcudluğu daimi deyil. Lakin buna baxmayaraq İsrail qüvvələri Fələstin polisinin yanında keçmişdə olduğu kimi küçələrdə istədikləri kimi azad hərəkət edə bilməyəcək və istədikləri yaraqlını həbs edə bilməyəcək. Lakin İsrail qüvvələri hələ də ruhani Raxels Tomb ərazisinə nəzarət edirlər. Təhlükəsizliyin təhvil verilməsi məsələsi dünən bağlı qapılar arxasında keçirilən İsrailin baş naziri Ariel Şaron və onun fələstinli həmkarı Mahmud Abbas tərəfindən razılaşdırıldı. Rəsmilərin dediyinə görə hər iki lider təhlükəsizlik və Fələstin əsirlərinin azad edilməsi də daxil olmaqla bir neçə vacib məsələnin həll edilməsi barədə razılaşma əldə ediblər. Eyni zamanda xəbər verilir ki, Ariel Şaron demişdir ki, keçən il İordan çayının qərb sahili və Qəzza zolağında İsrail qoşunları tərəfindən mühasirədə saxlanılan prezident Yaser Arafatın bu bölgələrə gəlməsinə icazə verilə bilər.

XS
SM
MD
LG