Accessibility links

Şroyder Berluskoninin üzr istəməsini tələb edir - 2003-07-03


Almaniya kansleri Qerhard Şroyder İtaliyanın baş naziri Silvio Berluskoninin alman qanunvericisini nasist düşərgəsinin mühafizəçisi ilə müqayisə etdiyinə görə üzr istəməsini tələb edib. Cənab Şroyder Almaniya parlamentinə bu gün bildirib ki, belə bir müqayisə tamamilə qəbuledilməzdir və o, İtaliya liderindən Avropa Parlamentindəki çıxışına görə formal olaraq üzrxahlıq edəcəyini gözləyir. Cənab Berluskoni öz növbəsində Romada müxbirlərə bildirib ki, o, məsələnin bu gün cənab Şroyderlə edəcəyi telefon söhbətində çözüləcəyinə ümid edir. Cənab Berluskoni bu çıxışını dünən Avropa Parlamentinin toplantısında alman deputatın tənqidlərinə cavab olaraq etmişdi.

XS
SM
MD
LG