Bu gün Bağdadın qərbindəki Ramadi şəhərində baş verən partlayış nəticəsində Amerikanın dəstəklədiyi İraqın polis qüvvələrinə yenicə cəlb edilən 7 əsgər həlak olub. Şahidlərin dediyinə görə bu partlayış hərbi tə’limdən qayıdan əsgərlərin şəhərin əsas küçəsi ilə addımladıqları vaxt baş vermişdir. Bu hücum ƏL Cəzirə televiziyasının iraqlıları Amerikaya müqavimət göstərən döyüşçüləri dəstəkləmə çağırışı ilə Səddam Hüseynin lent yazısını səsləndirməsindən bir gün sonraya təsadüf edir.