Accessibility links

İran protokolu imzalayacaqmı? - 2003-07-05


BMT-nin nüvə agentliyinin başçısı Məhəmməd Əl-Baradei İranın nüvə sahələrinin yoxlanışı üçün agenliyə səlahiyyət verəcək protokolu imzalamasını istəyir. Gələn çərşənbə günü Tehrana səfər etməyi planlaşdıran Məhəmməd Əl-Baradei bu açıqlamanı bu gün müxbirlərlə söhbəti zamanı verib. Cənab Baradei İrana İranın nüvə proqramı ilə bağlı məsələyə aydınlıq gətirmək üçün gedəcəyini bildirib. Agentliyin ötən ay verdiyi hesabatında İran nüvə fəaliyyətləri ilə bağlı lazımi hesabat vermədiyində günahlandırılmışdı.

XS
SM
MD
LG