Accessibility links

Toni Bleyr BBC-nin xəbərini cəfəngiyyat adlandırır - 2003-07-06


Britaniyanın baş naziri Toni Bleyr BBC-nin Britaniya nümayəndələrinin İraqın silahları ilə bağlı mə’lumatı şişirtdiyinə dair xəbəri “cəfəngiyyat” adlandırıb. Baş nazir bunu bu gün “The Observer” qəzetinə verdiyi müsahibəsi zamanı deyib. BBC-nin direktorlar şurası və menegmenti bu gün axşam yığıncaq keçirib, baş nazirin qəzəbini müzakirə edəcəklər. Xatırladaq ki, BBC-nin radio mə’lumatında İraqın kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat mə’lumatlarının müharibəyə dəstək qazanmaq məqsədi ilə qəsdən təhrif edildiyi bildirilmişdi.

XS
SM
MD
LG