Accessibility links

Azadlığa buraxılacaq məhsbuların sayı fələstinliləri razı salmayıb - 2003-07-07


Fələstinlilər bildirirlər ki, İsrailin həbsdə olan yüzlərlə Fələstin məhbusundan yalnız bir neçə yüzünü azad etmək qərarı atəşkəs haqda razılıq əldə edilərkən tələb olunan saydan xeyli aşağıdır. İsrail hazırda həbsda olan 600 məhbusdan 360-nın azadlığa buraxılmasına hazırlaşır. Ekstremist qruplara mənsub şəxslər, habelə İsrailə qarşı hücumlarada iştirak edənlərin azadlığa buraxılmalı olanlar arasında deyil. Bu arada, Fələstinin təhlükəsizlik qüvvələrinin rəsmiləri Qəzza zolağında intihar hücumu planlaşdırdığı ehtimal olunan gənc qadının həsb edildiyini bildirirlər. Onun saxlanması haqda təfərrüatlı mə’lumatlar verilməyib. İsrail hərbi qüvvələri isə İordan çayının qərb sahilindəki Cenin şəhərində İslamçı cihad təşkilatının altı fəalının həbs edildiyini bildirirlər.

XS
SM
MD
LG