Accessibility links

Tuncəli vilayətinin valisi hücuma məruz qalıb - 2003-07-08


Türkiyənin Tuncəli vilayətində silahlı şəxslərin vali Əli Cəfər Akyüz və bir neçə rəsmi nümayəndənin maşınlarını atəşə tutması nəticəsində iki təhlükəslik işçisi öldürülmüş, biri isə yaralanmışdır. Hücum zamanı vali və digər rəsminlər xəsarət almamışlar. Şəhərdə keçirilən mərasimdən qayıdarkən hücuma məruz qalan cənab Akyüz müxbixlərə 10 nəfərin hücumda iştirak etdiyini və hücuma görə kürd döyüşçülərini günahlandırdığını demişdir. Hazırda hava və qurudan hücumçuların axtarış əməliyyatı həyata keçirilir.

XS
SM
MD
LG