Accessibility links

ABŞ Senatı İran Demokratiya Aktını qəbul edib - 2003-07-10


Birləşmiş Ştatlar Senatı dünən axşam İranda demokratiya müdafiyəçilərini himayə məqsədilə bir tədbiri qəbul edib. Tehranda və Vaşingtonda nümayişçilərin dörd il əvvəl İranın payıtaxtında baş vermiş qanlı hadisələrin il dönümünü qeyd etdikləri bir zamanda Amerika Senatında həmin tədbir müzakirə edilirdi. “İran Demokratiya Aktı” adlanan tədbir başqa məsələlərlə yanaşı İrana ABŞ hökumətinin maliyyələşdirdiyi radio və televiziya verilişlərinin artırılmasını nəzərdə tutur. Bu Aktla həmçinin, İran xalqına beynəlxalq müşahidəçilərin nəzarətində bu ölkədəki rejimi dinç yolla dəyişdirməyə imkan verəcək referendum keçirilməsinə çağrılır. Dünən Tehranda demokratiya tərəfdarı nümayişçilərlə polis və bəsicilər arasında başverən toqquşmalardan bir neçə saat sonra, Kansas Ştatından respublikaçı senator Sam Braunbək həmin Aktla bağlı layihəni senata təqdim edib. O çıxışında deyib:“İran rejiminin, öz səsini eşitdirmək istəyən İran xalqına rəfdarından aydındır ki, İranda demokratiya yoxdur. Biz Tehrandakı rejimə qarşı və İran xalqının yanında olduğumuzu açıq olaraq nümayiş etdirməliyik.”

Qeyd edək ki, bu tədbir ABŞ-ın xarici fəaliyyətlərini maliyyələşdirən Dövlət Departamenti Büdcəsi barədə qanun layihəsinə əlavə olaraq qəbul edilib. Həmin qanun layihəsi Prezident tərəfindən imzalanmamışdan qabaq Nümayəndələr Palatasında qəbul edilməlidir. İranı şər mehvərinin bir hissəsi və terrorçuluğu müdafiyə edən ölkə adlandıran Buş idarəsi isə həmin tədbiri dəsdəklədiyini bildirib. Senator Braunbək deyib ki, İranda demokratiya tərəfdarlarını himayə etmək Birləşmiş Ştatların təhlükəsizliklə bağlı mənafelərinə uyğun gəlir. O eyni zamanda İranın nüvə proqramını və bir orta mənzilli raketi sınaqdan keçirdiyini bu həftə etiraf etməsini xatırladıb. Həmin raket Yaxın Şərqdə bir neçə hədəfi, o cümlədən, İsraili vura bilər. Senator Braunbək bu barədə deyib: “Bu o deməkdir ki, İran nüvə silahlarına və onlarla bizi, bizim regiondakı dostlarımızı və müttəfiqlərimizi vuracaq vasitələrə malik ola bilər. Aydındır ki, bu çətin vəziyyət günbəgün daha da mürəkkəbləşir. ”

Senator Braunbək senatdakı çıxışından əvvəl isə ABŞ Qonresinin ərazisində İranda demokratiyanı dəsdəkləmək məqsədilə keçirilən nümayişdə etdiyi çıxışında İrandakı demokratiya müdafiyəçilərini cəsarətləndirib. O deyib: “ Güclü olun və bilin ki, Amerika sizi dəsdəkləyir. Ümid edirik ki, gələn il İyul ayında, Amerika öz istiglaliyyət gününü qeyd etdiyi vaxtda biz orada olacayıq və sizin o gözəl ölkənizi yenidən bərpa etmənizə kömək edəcəyik. Beləliklə sizin öz istiqlaliyyətinizi qeyd etmənizə qoşulacayıq.”

XS
SM
MD
LG