Accessibility links

İraqda yeni şura təşkil ediləcək - 2003-07-11


Qərbin rəsmi şəxsləri və İraqlı siyasi liderlər bildirirlər ki, İraqı idarə edəcək yeni şuranın təşkilinə çox az vaxt qalıb. ABŞ qəzetləri rəsmilərə istinadən yazırlar ki, Şura 25 iraqlıdan ibarət olacaq. Onlara ABŞ rəsmilərinin əvvəlcən planlaşdırıldıqlarında daha çox səlahiyyət veriləcək. Amerikanın İraqdakı baş administratoru Paul Bremer şuranın digər səlahiyyətləri ilə yanaşı, yeni hökümət nazirlərini seçəcəyini, diplomatların təyin edələcəyini bildirib. Şuranın təşkili daha az səlahiyyətli müşvərət şurasının qurulması planlarnıı əvəz edir. Qəzetlər yazır ki, ABŞ rəsmiləri mövqelərini dəyişərək, iraqlılara öz ölkələri üzrə daha çox səlahiyyət verməyi qərara alıblar. Onlar inanır ki, bu addım ölkəyə nəzarət edən Amerika qüvvələrinə qarşı geniş narazılığı azaldacaq.

XS
SM
MD
LG