Accessibility links

Səudiyə Ərəbistanında terrorçuluqda şübhəli 16 şəxs həbs edilib - 2003-07-21


Səudiyyə Ərəbistanında polis krallıqda terror hücumları planlaşdırmaqda şübhəli olan 16 adamı həbs edib. Dövlət televiziyasının bildirdiyinə görə, təhlükəsizlik qüvvələri bir terror şəbəkəsini məhv edib böyük miqdarda silah, partlayıcı və kimyəvi maddə aşkar ediblər. Həbslərin harada edildiyi aydın deyil. Rəsmi nümayəndələr saxlanınların şəxsiyyəti və onların əlaqələri haqda ictimaiyyətə açıqlamalar verməyiblər. Səudiyyə rəsmiləri iki ay bundan əvvəl paytaxt Ər-Riyadda 35 adamın ölümülə nəticələnən intihar hücumlarında Əl-Qaidə terrorçularının əli olduğunda inanırlar.

XS
SM
MD
LG