Accessibility links

May ayının birindən e’tibarən İraqda 39 əsgər öldürülmüşdür - 2003-07-22


Bağdadın şimal-qərb bölgəsindəki yolda hücuma mə’ruz qalan Amerika əsgərlərindən biri qətlə yetirilib, digəri isə yaralanmışdır. . Bu gün həyata keçirilən hücum koalisiya qüvvələrinə qarşı coxsaylı hücumlara bənzər idi. Hücumçular Amerika qüvvələrinə qarşı kiçik həcmli silahlarla hücumdan sonra raketdən atılan qumbara ilə hücuma keçmişdilər. Hadisə sünnü müsəlmanların əksəriyyət təşkil etdiyi Ramadi şəhəri yaxınlığında baş vermişdir. Həmin bu bölgə koalisiya qüvvələrinin ən çox hücuma mə’ruz qaldıqları yerdir. Amerikanın hərbi nümayəndələri hücuma görə İraqın keçmiş prezidenti Səddam Hüseynə sadiq silahlı qruplaşmaları günahlandırır. Son həftə-1968-ci il iyul ayının 17-i ilə 30 arası Bə’s partiyasının hakimiyyət başına gəldiyi günlərin ildönümü ərəfəsində Amerika qüvvələrinə qarşı hücumlar demək olar ki, hər gün edilir.

XS
SM
MD
LG