Accessibility links

Qazaxıstanın müxalif liderinin əvfi xahişi rədd edilib - 2003-07-23


Qazaxıstanın müxalif lideri Galimcan Zakiyanovun əvfi ilə bağlı tələb rədd edilib. Qazaxsıtanın Demokratik Seçim Partiyasının bəyanatında deyilir ki, Zakiyanovun həyat yoldaşı prezident Nursultan Nəzərbayevə yazdığı məktubda ərinin səhhətinin ağırlığına görə onun əfv edilməsini xahiş etmişdi. Artıq həbs müddətinin bir ilini çəkən Zakiyanov 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ona vəzifəsindən sui-istifadə etməsi ilə bağlı ittiham irəli sürülmüşdü. Müxalifət ittihamların siyasi motivlərə əsaslandığını deyir.

XS
SM
MD
LG