İraq paytaxtında Birləşmiş Ştatların hərbi qüvvələrinin maşın karavanına partlayıcı maddənin atılması nəticəsində bir Amerika əsgəri ölmüş, üçü yaralanmışdır. Mərkəzi Komandanlığın verdiyi mə’lumata görə, hücumun günorta Bağdadın ər-Rəşid məhəlləsində həyata keçirildiyini bildirib. Hərbi qüvvələrin mətbuat nümayəndəsi hadisə ilə bağlı şərh verməkdən imtina edərək detalların bir qədər sonra açıqlancağını söyləmişdir. Bu arada, Dubayda yerləşən Əl-Ərəbiyyə tele-şirkəti İraqda yaraqlıların Birləşmiş Ştatlara qarşı müqəddəs müharibə aparacaqlarına and içdiklərinin yazıya alındığı video kaseti nümayiş etdirmişdir. Video kasetdə özünün və göstərilənlərin islamçı qrupa aid olduğunu bildirən maskalı şəxs dünya ölkələrində müsəlman din xadimləri və fəalların həbsinə görə qisas alınacağını söyləmişdir.