Accessibility links

Birləşmiş Ştatlara səfər edərkən - 2003-07-29


Siz Birləşmiş Ştatlara iş və ya istirahət üçün səfərə hazırlaşırsınızsa, səfərinizin rahat keçməsi üçün bunalrı etməlisiniz:

Baqajınızı qıfıllamayın. ( Sizin təhlükəsizliyiniz üçün təhlükəsizlik xidmətinin əməkdaşları baqajınızı yoxlamalıdırlar)

Əgər özünüzlə kompüter aparırısınızsa təyyarəyə minməzdən qabaq, yoxlama məntəqəsinə yaxınlaşdığınız vaxt kompüteri yoxlanış üçün təqdim edin.

Hədiyyələri kağıza bükməyin. Çünki hədiyyələr təhlükəsizlik məqsədi ilə yoxlanıla bilər.

Baqajınızı diqqətlə yığın. Kamera üçün lenti əl baqajınıza qoyun. Şəxsi əşyalarınızı əl vurulmadan yoxlamadan keçirmək üçün onları şəffaf plastik paketlərə yerləşdirin.

Geyiminizdə dəmir əşyaların olmamasına çalışın.

Uçuş vaxtından xeyli qabaq hava limanına gəlin. Uçuşunuzla bağlı ətraflı məlumat alın.

Birləşmiş Ştatlara nə qədər pul gətirməniz barədə məhdudiyyət olmasa da üzərinizdə on min dollardan çox nəqd pul, səyahət çeki və ya başqa bir pul əvəzi varsa bunu gömrükdə bildirməlisiniz.

ABŞ-da gətirəcəyiniz hədiyələrin yüz dollara qədər olan hissəsi gömrük rüsumundan azaddır ancaq bundan sonra min dollara qədər olan hədiyyələrdən üç faiz rüsum alınır.

Duty-free maqazinlərdən və ya təyyarələrdə satın aldığınız əşyalar ABŞ-da gömrükdən azad olmaya bilər. Bir literdən çox alkogola, 200-dən çox sigaret və ya sigara rüsum tətbiq edilir.

Apardığınız bütün ərzakı gömrükdə bildirməlisiniz. Çoxlu ərzaq malları ABŞ-a gətirilə bilər ancaq onlar xəşarət və xəstəliyə səbəb olan organizmlərin müəyyən edilməsi üçün yoxlanılmalıdır. Əgər apardığınız ərazakı gömrükdə bəyan etməsəniz onları müsadirə edəcəklər.

Kubada istehsal olunmuş sigar və ya başqa hər hansı bir əmtiənin ABŞ-a hansı formada olursa olsun gətirilməsi qadağandır.

XS
SM
MD
LG