İranın vitse-prezidenti Məhəmməd Əli Əbtahi İran əsilli kanadalı jurnalist Zəhra Kazeminin öldürüldüyünü deyib. Müxbirlərlə görüşən vitse-prezident bildirib ki, 54 yaşlı foto-jurnalistin ölümünə səbəb beyin qansızması olub. Xatırladaq ki, iyul ayının 11-i Tehran həbsxanasının şəkillərini çəkən Zəhra Kazemi həbs edildikdən iki həftə sonra vəfat etmişdi. Hadisə Kanada-İran münasibətlərində gərginlik yaradıb. Kanada İrandakı səfirini geri çağırıb. Hadisə ilə bağlı 5 adam nəzarət altındadır.