Accessibility links

Bombeydə tətil keçirilir - 2003-07-30


Bu gün Hindistanın ticarət paytaxtı Bombeydə keçirilən ümümtətillər şəhəri iflic vəziyyətinə salıb. Hindu millətçilər islam yaralıları olduqlarından şübhələnilənlərin bomba hücumlarına e’tiraz edirlər. Sağ cinah Şiv Sena qrupunun üzvləri qatar və avtobusları daşa basmış, adətən sıx maşın nəqliyyatı olan yolları bağlamışlar. Məktəb, idarə və bankların işi bir günlük tətillə dayandırılmışdır. Güclü təhlükəszlik tədbirlərinə baxmayaraq, şəhərdə ara-sıra zorakılılara yol verilmişdir. Hindu millətçi qrupu Şiv Sena və onun müttəfiqi Baharatiya Canata 14 milyon sakini olan şəhərdə təhlükəszliyin təmin edilməsini tələb edirlər. Maharaştra ştatının bu iki müxalif partiyası hökuməti son 8 ay ərzində şəhərdə həyata keçirilən bomba partlayışlarına qarşı lazımi ölçülər götürmədiyində günahlandırır. Son hücum bazar ertəsi gecə avtobusun partladılması ilə həyata keçirilmişdi. Hadisə zamanı iki nəfər ölmüş, 40-dan artıq adam yaralanmışdı.

XS
SM
MD
LG