Accessibility links

Rusiya: Pxenyan çoxtərəfli danışıqlara hazırdır - 2003-07-31


Rusiyanın xarici işlər nazirliyi Pxenyanın nüvə proqramları ilə bağlı danışıqlara hazır olduğunu bildirir. Nazirliyin açıqladığı bəyanatda Şimali Koreyanın Rusiyadakı səfirinin bu xəbəri Pxenyan hökumətinin mesajı şəklində bu gün bəyan etdiyi deyilir. Mesajda Şimali Koreyanın Rusiya da daxil olmaqla, altı ölkənin iştirakı ilə danışıqlar keçirilməsinə razı olduğu xəbər verilir. Təsdiq olunsa, bu, Birləşmiş Ştatların əsas tələbinin tam yerinə yetirilməsi deməkdir. Buş administrasiyası böhranı sona çatdırmaq üçün Şimali Koreyanın müqavimət göstərdiyi çoxtərəfli danışıqların keçirilməsini istədiyini bildirmişdi.

XS
SM
MD
LG