Accessibility links

Buş: Şimali Koreyanın qərarı müsbət inkişafdır - 2003-08-01


Prezident Buş Şimali Koreyanın nüvə proqramları ilə bağlı çoxtərəfli danışıqlara razı olmasını nikbinliklə qarşılamışdır. Bu gün Ağ Evdə bununla bağlı bəyanatında Corc Buş Şimali Koreyanın qərarını müsbət inkişaf adlandırmış və Pxenyanın dialoqa qatılmasını tərəqqi kimi qiymətləndirmişdir. Prezident Buş habelə qeyd etmişdir ki, o, Şimali Koreyanın lideri Kim Conq İlin nüvə silahı proqramlarını tamamilə dayandırmaq qərarına gələcəyinə və dünyaya bunu sübut edəcəyinə ümid bəsləyir. Hələlik çoxtərəfli danışıqların nə zaman və harada keçiriləcəyi mə’lum deyil. Lakin ABŞ rəsmiləri görüşün gələn ay Pekində başlaya biləcəyini deyirlər.

XS
SM
MD
LG