Accessibility links

Səddamın yeni kaseti səsləndirildi - 2003-08-01


Ərəb televiziyası İraqın hakimiyyətdən devirlmiş lideri Səddam Hüseynə məxsus olduğu iddia edilən yeni audiokaset yazısını efirə buraxıb. Səddam Hüseynin müraciəti bu gün Əl-Jəzira telekanalında yayımlanıb. Səddam Hüseyn iraqlıları Birləşmiş Ştatların hərbi qüvvələrinə qarşı mübarizəyə çağırıb. Bu arada, Amerika əsgərləri Səddam Hüseynin doğma Tikrit şəhərindəki iki evə reyd keçiriblər. Rəsmi şəxslər İraqın keçmiş liderinin iki yaxın köməkçisini həbs etdikərini bildiriblər. Birləşmiş Ştatlar Səddam Hüseynin ələ keçirilməsinə yardım edəcək informasiyaya görə 25 milyon dollar təklif edir.

XS
SM
MD
LG