Accessibility links

Beyrutda partlayış olub - 2003-08-02


Livanın bir rəsmi şəxsinin bildirdiyinə görə Beyrutda maşına qoyulmuş bombanın partlaması nəticəsində Hezbollah yaraqlı qrupnun üzvü kimi qələmə verilən bir şəxs ölüb. Hezbollahın nüfuzunun yüksək olduğu Beyrutun cənubundakı partlayış nəticəsində ən azı bir piyadanın da ağır yaralandığı xəbər verilir. İran rəsmi şəxsləri həlak olmuş şəxsin İran səfirliyində işlədiyi barədə daha əvvəl verilmiş mə’lumatı təkzib edib. Hezbollah televiziyası bu şəxsin Hezbollah yaraqlı təşkilatının üzvü olduğunu bildirib. Heç kim bu partlayışa görə mə’suliyyəti öz üzərinə götürməyib.

XS
SM
MD
LG