Accessibility links

Liberiyada döyüşlər davam edir - 2003-08-03


Qərbi Afrikanın sülhümühafizə qüvəvlərinin məyyən olduğu kimi Liberiayaya gəlişindən bir gün əvvəl bu gün hökumətin hərbi qüvvələri ilə üsyançı qüvvələr arasında Monroviyada döyüşlər davam edib. Şahidlər son iki həftə şiddətli döyüşlərə səhnə olmuş iki körpü yaxınlığlında ara-sıra atışmaların olduğunu bildiriblər. Son üç ayda üsyançılar bir neçə dəfə paytaxta tam nəzarəti ələ keçirməyə çalışsalar da buna nail ola biməmişlər. Döyüşlər dünən də prezident Çarlz Teyrlorun avqustun 11-də beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq hakimiyyətdən gedəcəyinə söz verdikdən sonra da baş vermişdir. Böyük tələfatlarla müşayət olan zorakılıqlar Qərbi Afrika ölkələrini Nigeriyanın başçılığı ilə sülhümühafizə qüvvələri yaradıb bazar ertəsi Monroviyaya göndərməyə sövq etmişdir.

XS
SM
MD
LG