Accessibility links

Pakistanın kəndində güclü partlayış baş vermişdir - 2003-08-03


Pakistanın şimalında yol tikintisində istifadə edilən dinamitin partlaması nəticəsində azı 45 nəfər həlak olmuş, 150 nəfər isə yaralanmışdır. Partlayış paytaxt İslamabadın təxminən 250 kilometr məsafədə yerləşlən dağlıq Daimer mahalının bir kənddində baş verimişdir. Məntəqə polisinin rəisi Adam Şah hadisə yerində olmuşdur. O deyir ki, partlayıcı maddələrin saxlandığı evdə elektrikin qısa qapanması nəticəsində yanğın baş vermişdir. Kəndin demək olar ki, bütün sakinləri yanğını söndürməyə çalışan zaman güclü partlayış baş vermişdir. Partlayış nəticəsində kənddəki evlərin çoxunun dağıldığı xəbər verilir. Polis və xəstəxananın rəsmi şəxsləri hadisə nəticəsində ölənlərin sayının arta biləcəyindən ehtiyat edirlər. Belə ki, yaralananların bə’zisinin vəziyyəti olduqca ciddidir. Ondan çox adamsa hələ tapılmayıb.

XS
SM
MD
LG