Accessibility links

Səudiyyə Ərəbistanı 6 qərblini həbsdən azad edib - 2003-08-08


Səudiyyə Ərəbistanı ölkədə bir sıra bomba partlayışı həyata keçirməkdə ittiham etdiyi 6 qərblini həbsdən azad edib. Səudiyyə krallığı 5 britaniyalı və bir kanadalı müttəhimi bağışladıqdan sonra onlar bu gün Londona gəliblər. Səudiyyə hökuməti müttəhimləri 2001-ci ilin əvvəllərində Səudiyyədə bir sıra bomba partlayışları həyata keçirməkdə ittiham edərək, onlardan ikisini e’dama və digərlərini də həbs cəzasına məhkum etmişdi. Səudiyuyə hökuməti müttəhimləri spirtli içkiləri qaçaq satmaqda, hım də bomba əməliyyatları həyata keçirməkdə ittiham etmişdi. Müttəhimlərin ailələri bomba partlayışlarının arxasında islamçı fundamentalistlərin durduğunu bildirmişlər.

XS
SM
MD
LG