Filippinin hərbi rəsmilərinin bildirdiyinə görə bu gün axtarışda olan Fathur Rohman əl Qazini gizlətdiklərindən şübhələnilən bir dəstə silahlı qrupla atışma nəticəsində hökumət ordusunun 6 əsgəri yaralanmış və 3 silahlı da qətlə yetirilmişdir. Hərbi nümayəndə demişdir ki, Əl Qazi qeyri-qanuni partlayıcı maddələr saxladığına görə 12 il həbs cəzasına məhkum edilmiş və keçən ay həbsxanadan qaçmışdır. Hökumət rəsmiləri adı çəkilməyən bir nəfərə istinadən qəzetlərin yazdığı Əl Qozinin öldürülməsi xəbərini təkzib etmişlər.