Accessibility links

BMT ekspertləri İranın nüvə obyektlərində təftiş aparacaq - 2003-08-12


BMT-nin nüvə agentliyinin ekspertlərindən ibarət qrup İranın nüvə obyektlərində təftiş aparacaq. Bunu Vyanada Beynəlxalq Atom enerjisi agentliyinin sözçüsü Mark Qvojdetski Amerikanın Səsinə bildirib. Nümayəndənin dediyinə görə, müfəttişlərdən ibarət qrup bu gün Tehrana yetişib və sabah günün sonuna qədər ölkədə qalacaq. Təftiş BMT-nin nüvə agentliyini İranın zənginləşdirilmiş uran proqramı ilə daha ətraflı mə’lumatla təmin etmək məqsədi güdür. Müfəttişər nüvə obyektlərindəki ərazilərdə su və torpaq nümunələri götürüb BMT-nin laboratoriyalarında onların təhlilini aparacaqlar. Nəticələr İranın rəsmilərilə müzakirə ediləcək.

XS
SM
MD
LG