Accessibility links

Liberiyaya əlavə qüvvələr göndəriləcək - 2003-08-13


Birləşmiş Ştatlarının müdafiə nazirliyinin rəsmiləri Qərbi Afrikada sülhümühafizə qüvvələrinə yardım məqsədilə Liberiyaya hərbi dəniz qüvvələrinin əsgərlərindən ibarət əlavə qüvvə göndəriləcəyini bildirirlər. Pentaqonun yüksək səviyyəli rəsmisi bildirib ki, bir plana əsasən, kiçik hərbi birləşmənin paytaxt Monroviyanın humanitar yardımın saxlandığı limanına göndərilməsi nəzərdə tutulur. Limana nəzarət edən üsyançı qüvvələrin Qərbi Afrika slühümühafizə qüvvələrinə təslim olmağa razı ola biləcəyi xəbər verilir. BMT-nin yardım məsələləri üzrə rəsmisi Karolin MakAski ərzaq və tibbi ləvazimatdan ibarət yardımın Liberiya sahillərində dayandığını və Monroviyaya çatdırılmağa hazır olduğunu bildirib.

XS
SM
MD
LG