Prezident Buş hazırkı qubernatorun geri çağırılması kampaniyasının aparıldığı Kaliforniya ştatına səfər edir. Kaliforniyanın yeni qubernatoru olmaq üçün mübarizədə 135 namizəd iştirak edir. Cənab Buşun Demokrat qubernator Qreq Deyvisi əvəz etməyə çalışan namizədin hansınınınsa kampaniyasına formal olaraq dəstək verəcəyi gözlənilmir. Prezident Kaliforniyada olacağı iki gün ərzində siyasi çəkişmələrdən uzaq duracağını bildirib. Corc Buş əsas diqqəti özünün yenidən prezident seçilməsi üçün siyasi kampaniyasına maliyyə vəsaiti toplamağa yönəldəcək. Bu arada, Kaliforniyanın yeni qubernatoru olmaq uğrunda aktyorluq fəaliyyətindən siyasi arenaya keçmiş, respublikaçıların platformasından çıxış edən Hollivud ulduzu Arnold Şcarseneqqer milyardçı Varren Baffeti özünün maliyyə və iqtisadi məsələlər üzrə müşaviri seçmişdir.