Accessibility links

Yasir Ərəfat İsrailə  inanmır - 2003-08-16


Fələstin İdarəsinin Prezidenti Yasir Ərəfat, Ramallahda 17 aydan bəri mühasirədə qaldığı idarəsini qısa müddət üçün tərk edib geri qayıtması barə İsrailin təklifinə cavab verməmişdən qabaq beynəlxalq zəmanət tələb edir. İsrail Yasir Ərəfatın bu həftənin əvvəllərində vəfat edən bacısının Qəzzədəki qəbri üstünə getməsinə və sonra Ramallaha qayıtmasına icazə vermək arzusunu bildirib. Cənab Ərafatın bir nümayəndəsi isə deyib ki, o yol xəritəsi adlanan sülh planının himayəçilərindən onun İordan Çayının Qərbinə qayıtmasına şərait yaradılması barədə zəmanət tələb edir. İsrailin həmin ərazilərdə yerləşən Galgilyah və Ceriko şəhərlərindən geri çəkilməsi barədə dünən İsraillə Fələstinlilər arasında razılıq əldə edilib.

XS
SM
MD
LG