Accessibility links

İraqdakı neft kəmərində daha bir yanğın baş verib - 2003-08-17


İraq neftini Türkiyənin yumurtalıq limanına aparan neft kəmərində dünən daha bir yanğın baş verib. Bir birinə yaxın məsafədəki iki yanğın hələdə davam edir. Bu arada bağdada su aparan əsas kəmərdə baş verən partlayış nəticəsində də şəhərə su verilə bilmir. Neft kəmərindəki yanğınlar Baji şəhəri yaxınlığında yerləşir. ABŞ rəsmiləri birinci yanğını sabotaj adlandırmış ancaq ikincisinin səbəbinin hələ müəyyən edilə bilmədiyini bildirmişlər. Onlar neft kəmərerinin təmirinin gələn aya qədər davam edəcəyini söyləmişlər. Arıca Bağdadın yaxınlığındakı bir həbsxanaya edilən minimyot hücumu nəticəsində altı adam həlak olub. Hücumun olduğu yeri lentə yazan Royterin operatoru ise kiçik silahla açılan ateş nəticəsində qətlə yetirilib. Bəsrədə isə talançılarla baş verən atışmada bir Danimarkalı əskər və iki İraqlı həlak olub.

XS
SM
MD
LG