Accessibility links

İlham Əliyevın Amerikayə səfəri - 2003-08-21


Ve ABŞ Azərbaycan iqtidarının müxalifət partiyaları fəallarının həbs etməsi və prezidentliyə müxalifətdən olan namizədlərin qeydə almaqdan imtina etməsi barəsindəki xəbərlərdən narahatdır. Bu gün ABŞ Dövlət Departamentinin nümayəndəsi Coan Prokopoviçin adından mətbuat üçün yayılmış bəyanatda deyilir ki, "Görünür, bu cür taktika seçicilərin seçiminin məhdudlaşdırılması və müxalifətdən olan namizədlərin təqib olunmasına yönəlib".

TURAN Agentliyinə daxil olmuş bu sənəddə həmçinin deyilir ki, Vaşinqon qarşıdakı 15 oktyabr prezident seçkilərinin Konstitusiya, Seçki Məcəlləsivə beynəlxalq standartlara müvafiq olaraq keçiriləcəyinə ümid bəsləyir.

"Bu, bütün nüfuzlu namizədlərin qeydə alınması, açıq debatların keçirilməsi, KİV-dən barəbər istifadə etmək imkanının verilməsi və səsvermənin azad və ədalətliliyinin təmin edilməsini nəzərdə tutur", - deyə bəyanatda qeyd edilir.

Sənəddə müxalifət liderləri və onlara yaxın adamların təqib olunması faktlarından narahatlıq bildirilir.

"Biz həmçinin icazəsiz nümayişlərin qarşısının alınması üçün zor işlədilməsindən ciddi narahatıq. Biz iqtidardan soyuqqanlılıq göstərməyi, dinc nümayişlərə icazə verməyi və müxalifət liderləri və onların tərəfdarlarının təqib olunmasına son qoymağı təkidlə tələb edirik", - deyə bəyanatda vurğulanır.

Bu barədə iki reaksia : Eldar Namazov və Əli Ahmadov-dan .

XS
SM
MD
LG