Əfqanıstanın cənub mərkəzinin rəsmiləri bildirirlər ki, hakimiyyətdən devrilmiş taleban rejiminə sadiq yaraqlıların hücumu nəticəsində 5 əsgər həlak olmuşdur. Zabıl əyalətinin valisi deyib ki, əsgərlər Zabıl əyalətinin yolunda maşında oilarkən yaraqlıların hücumuna məruz qalmışlar. Əsəglərlə yaraqlılar arasında baş verən atışmada 3 yaraqlının da öldürüldüyü xəbər verilir. Məntəqəyə əlavə hərbi qüvvə göndərilib. Əfqanıstanın rəsmi şəxsləri bu yaxınlarda Əfqan polis məntəqəsinə, hökumətin hərbi qüvvələrinə və əcnəbilərə edilən hücumların məsuliyyətini islamçı yaraqlıların üzərinə atırlar.