Accessibility links

Təhqiqat Kolumbiya gəmisinin qəzası ilə bağlı kəskin tənqidlərlə dolu hesabatı açıqlayıb - 2003-08-26


Kolumbiya kosmik gəmisinin qəzasını araşdıran istintaq qrupu faciənin baş verməsində günahın Birləşmiş Ştatların kosmik agentliyinin üzərinə düşdüyünü bildirir. Qəzanın səbəblərini araşdıran heyət bu gün Vaşinqtonda təhqiqatın nəticələrini açıqlamışdır. 250 səhifəlik hesabatda NASA rəhbərliyi kəskin tənqid edilir. Hesabatda astronaftika agentliyi təhklükəsizliyə əməl etməməkdə günahlandırılır. Bugünkü hesabat təhqiqatçıların fevral ayinda yeddi kosmonavtın ölümü ilə nəticələnən qəzanın səbəblərilə bağlı bundan əvvəllər aşkar etdiklərini təkrar edir: Kolumbiyanın qəzasına səbəb şatl enməyə başlayarkən onun sol qanadında problemin yaranması olmuşdur.

XS
SM
MD
LG