Accessibility links

Fələstin prezidenti Yasir Ərafat yaraqlı qrupları atəşkəsə çağırıb - 2003-08-27


Fələstin Muxtar idarəsinin prezidenti Yasir Ərafat Fələstinin yaraqlı qruplarını atəşkəsə riayət etməyə və İsrailə qarşı həyata keçirdikləri hücumları dayandırmağa çağırıb. Keçən həftə fələstinli bir intiharçı Qüdsdə avtobusu partlatması nəticəsində 21 nəfər həlak olduqdan sonra Həmas və digər yaraqlı qruplar atəşkəsə riayət etməyəcəklərini bildirmişdilər. Baş nazir Mahmud Abbas kabineti ilə yığıncaq keçirdikdən sonra tərəfləri yeni atəşkəsə çağırıb. Qeyd edək ki, bu gün Ramallah şəhərində İsrail əsgərləri Fələstin Azadlıq Təşkilatının radikal cinahının üzvlərini həbs edən zaman onlarla fələstinlilər arasında toqquşmalar baş vermişdir.

XS
SM
MD
LG